"Neftçi" və "Qarabağ" qarşılaşmaya hazırlaşır

“Neftçi” Premyer Liqanın 4-cü turunda qarşılaşacağı “Qarabağ” ilə matçın hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

"Qarabağ"ın hazırlıqlarına yeni transfer olunan qapıçı Asmir Beqoviç də qatılıb. Sabah oyunöncəsi son məşq olacaq.

Xatırladaq ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə