Paralimpiyaçımız dünya çempionatında bürünc medalı qazanıb

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandası “London 2019” dünya çempionatında uğurlu çıxışını davam edir. SİA-nın məlumatına görə, millimizin üzvü Roman Saleh sərbəst üsulla üzgüçülük yarışlarında 100 metr məsafəni 52,99 saniyəyə qət edərək çempionatın bürünc medalına sahib olub.

R.Saleh bundan əvvəl çempionatda arxasıüstə üzgüçülük yarışlarında ikinci olaraq “Tokio 2020” Paralimpiadasına lisenziya qazanıb. Təmsilçimiz sərbəst üsulla 50 metr məsafəyə üzgüçülük yarışlarında bürünc medal qazanıb. Komandamızın digər üzvü, 17 yaşlı Vəli İsrafilov brass üsula 100 metr məsafəyə üzgüçülük yarışlarında üçüncü olub.

Beləliklə, dünya çempionatında Azərbaycan komandasının qazandığı medalların sayı 4-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə