Masallı idmançısının daha bir uğuru

Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Vəli İsrafilov dünya çempionatında bürünc medal qazanıb. Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, 9-16 sentyabr 2019-cu il tarixlərdə Londonda keçirilən yarışın beşinci günündə idmançımız brass üsulu ilə mübarizə aparıb.

O, 100 metr məsafəni 1 dəqiqə 6 saniyəyə qət edərək üçüncü yeri tutub. Bununla da idmançımız lisenziya xalları toplayaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılma şansını artırıb. On yeddi yaşlı Masallı rayonunun Köhnə Alvadı kəndindən olan Vəli Rəşadə oğlu İsrafilov Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsidir.

Beləliklə, Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandası “London 2019” paraüzgüçülük üzrə dünya çempionatında qazandığı medalların sayını 3-ə çatdırıb.

Təbrik edirik, uğurlarımız bol olsun, Vəli!

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə