"Qarabağ" - "Sevilya" oyununun biletləri satışdadır

"Qarabağ" komandası futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniyanın "Sevilya" klubunu qəbul edəcək. SİA-nın məlumatına görə, artıq qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, dünən ki, gün ərzində satılmış biletlərin sayı on mindən yuxarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə