“Neymarın "Barselona"ya qayıtmasını çox istəyərdim”

“Barselona"nın kapitanı Lionel Messi PSJ-də çıxış edən sabiq komanda yoldaşı Neymarla bağlı danışıb. 32 yaşlı hücumçu "Sport"a açıqlamasında braziliyalı futbolçu ilə yenidən birgə çıxış etmək istədiyini deyib:

“Neymarın "Barselona"ya qayıtmasını çox istəyərdim. Düzü, Neymarın geri qayıtması üçün "Barselona"nın hər şeyə cəhd edib-etmədiyini bilmirəm. Həm də PSJ ilə danışıqlar aparmaq da çətindir. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Neymarla bu günə qədər transfer məsələsi barədə söhbət etməmişəm. Onu almadığımız üçün üzülmədim. Hazırda güclü heyətimiz var. Hər turnirin qalibi ola biləcək səviyyədəyik". Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...