“Valensiya” klubunun yeni baş məşqçisi təyin olunub

İspaniyanın “Valensiya” futbol klubunun yeni baş məşqçisi Albert Selades olub. SİA-nın məlumatına görə, 44 yaşlı mütəxəssislə 2021-ci ilin iyul ayınadək müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Marselino Toralı əvəzləyib.

Qeyd edək ki, Albert Selades 2018-ci ildə “Real”da və İspaniya millisində köməkçi məşqçi kimi çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə