Boksçumuz bu gün dünya çempionatında ilk görüşünə çıxacaq

Sentyabrın 12-də Azərbaycan boksçusu Bəxtiyar Qazıbəyov Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında ilk görüşünə çıxacaq. SİA-nın məlumatına görə, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun rəqibi qazaxıstanlı Zakir Safyullin olacaq.

Dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunur. Yekaterinburqda EXPO Arenada baş tutan yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...