U-17-nin heyətində dəyişiklik olub

Bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. SİA-nın AFFA-ya istinadən verdiyi xəbərə görə, zədəli olduğu üçün Mehrac Baxşəliyev toplanışa qatılmayıb.

Eldar Tağızadə isə hazırlıq prosesinə sentyabrın 16-da qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə