Futzal üzrə Azərbaycan yığması beynəlxalq turnirində yarışacaq

Futzal üzrə Azərbaycan milli komandası Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək. SİA-nın məlumatına görə, sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Yığmamız sentyabrın 22-də Rusiya, ertəsi gün İran, ayın 25-də isə Qazaxıstan ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...