"Bakıda keçiriləcək dünya çempionatının açılışında 200 yerli gimnast çıxış edəcək"

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı Olimpiya Oyunları öncəsi ən vacib yarışdır. Çünki çempionat 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva sentyabrın 11-də dünya çempionatının açılış mərasiminin yoxlama məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.

Yarışda 61 ölkədən 300-dən çox gimnastın mübarizə aparacağını bildirən baş məşqçi qeyd edib: “Azərbaycan çempionata 9 idmançı ilə qatılacaq. Fərdi proqram üzrə liderlərimiz Zöhrə Ağamirova və Veronika Qudisdir. Həmçinin turnirdə ölkəmizi gənc gimnastlar Yelizaveta Luzan və Məryəm Səfərova da təmsil edəcəklər. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar. Açılış mərasiminə hazırlıq yüksək səviyyədə gedir. Mərasimdə 200 yerli gimnastın çıxışı nəzərdə tutulub. Açılışın bədii hissəsi isə “Şərq nağılı” adlanır. Bütün tamaşaçıları mərasimə və yarışa baxmağa dəvət edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...