Messi "Borussiya"ya qarşı oynamayacaq?

Avqustda məşq zamanı zədələnən "Barselona"nın futbolçusu Lionel Messinin bərpa prosesi ləngiyir. İspaniya mətbuatının yazdığına görə, 32 yaşlı hücumçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Borussiya" (Dortmund) ilə oyunu böyük ehtimalla buraxacaq. Onun sözgedən görüşə kimi hazır olmayacağı gözlənilir. Qeyd edək ki, "Borussiya" - "Barselona" matçı sentyabrın 17-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə