Boksçumuzun dünya çempionatındakı ilk rəqibi müəyyənləşib

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib. Belə ki, çempionatda 81 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək. Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı birinci mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib. Görüş sentyabrın 15-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə