Arda Turan: “Mənə böhtan atıldı”

“Başakşəhər"in futbolçusu Arda Turan İstanbul məhkəməsinin onun haqqında bu gün çıxardığı 2 il 8 ay həbs qərarına münasibət bildirib. Türkiyə mətbuatının yazdığına görə, müqavilə ilə "Barselona"ya məxsus olan yarımmüdafiəçi heç bir günahının olmadığını və məhkəmənin qərarı ilə razılaşmadığını deyib:

"Sevinirəm ki, bütün bunlara son qoyuldu. Mən heç nədə günahkar deyiləm. Mənə böhtan atıldı. Mən peşəkaram və meydanda özümü sübut edərək ailəmin təminatına çalışıram". Xatırladaq ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarını birində müğənni Berkay Şahinlə davada onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkib və yerə atəş açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...