AFFA-nın nümayəndəsi “Dinamo”–“Atalanta” oyununa təyinat alıb

A Milli komandanın meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. SİA-nın məlumatına görə, UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 18-də, Zaqrebdəki Hitrec-Kacijan stadionunda keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – "Atalanta" (İtaliya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...