200-dən çox uşaq üçün yay düşərgələri təşkil edilib FOTOLAR

Gənclər və İdman Nazirliyi tərəfindən bu ilin 15-24 avqust və 26 avqust- 4 sentyabr tarixlərində 2 növbədə: şəhid, məcburi köçkün və Qarabağ müharibəsi iştirakçılarının ailələrindən olan uşaqlar, həmçinin, istedadlı uşaqlar üçün Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay istirahət düşərgəsi təşkil edilib. SİA-nın Gənclər və İdman Nazirliyinin verdiyi məlumata əsasən, düşərgə çərçivəsində iştirakçılar üçün şən və əyləncləli, intellektual oyunlar, idman yarışları, stolüsü və kompyuter oyunları keçirilmiş, tarixi və mədəni yerlərə ekskursiyalar təşkil edilmişdir.

Hər növbədə 115 nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə