Boksçumuzun dünya çempionatında ilk rəqibi müəyyənləşib

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib. SİA-nın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə