“Neftçi” hazırlığa başlayıb FOTOLAR

Bir günlük fasiləyə buraxılmış komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. SİA-nın məlumatına görə, məşqdə milli komandanın düşərgəsindən qayıtmış futbolçulardan Emin Mahmudov da iştirak edib. Millinin digər üzvləri – Səlahət Ağayev, Anton Krivotsyuk və Ömər Buludov bu gündən məşqlərə qoşulacaqlar. Müalicəsini başa vurmuş Soni Mustivar isə fərdi hazırlaşıb. Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Xatırladaq ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 20:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə