Mixail Şumaxerə kök hüceyrə transplantasiya edilib

Beş ildir komada olan Formula 1 yarışlarının əfsanəvi pilotu almaniyalı Mixail Şumaxerə Paris xəstəxanasında kök hüceyrə transplantasiya edilib. Bu barədə Fransanın “Le Parisien” qəzeti xəbər yayıb. Məlumatda deyilir ki, Alp dağlarında xizəklə sürüşərkən yıxılaraq zədə aldığı üçün süni aparata qoşulan pilotun ailəsi ona hüceyrə köçürülməsinə qərar verib.

Bu üsul standart müalicəyə cavab verməyən xəstələrə tətbiq olunur. Belə ki, zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyası bərpa olunur. Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrənin bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri inkişaf etməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...