Kevin de Brüyne yeni rekorda imza atıb

Belçika millisinin üzvü Kevin de Brüyne yeni rekorda imza atıb. Belə ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Avro-2020-nin seçmə mərhələsində Şotlandiya yığması oyunda 3 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.
Brüyne Belçika milli komandası tarixində seçmə mərhələlərdə bir oyunda 3 qol ötürməsi edən yeganə futbolçu olub. Xatırladaq ki, matç Belçika yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə