Xorvatiyalı qapıçı: “Xal itirməyi gözləmirdik"

“Xal itirməyi gözləmirdik. Yaxşı oynadıq. Hesab barədə nəsə demək isə üzücüdür. Ola bilsin, bizim rəqibdən daha güclü olmağımız hissi buna səbəb oldu". Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç Avro-2020-nin seçmə mərhələsində yığmamızla 1:1 hesabı ilə bərabərə qaldıqları oyunda barədə danışarkən deyib. O, komanda yoldaşı Nikola Vlaşiçin millimizin üzvü Təmkinin Messi kimi qol vurması haqda fikrinə belə münasibət bildirib: "O, haqlıdır. Təmkin bizim müdafiəni arxada qoyaraq qol vurdu".

Xorvatiya millisinin digər üzvü Bruno Petkoviç isə matç sonrası yerli mətbuata bunları deyib: "Xorvatiya bu oyunda Slovakiyadakı kimi çıxış etmədi. Trnavada qol vurandan sonra da yaxşı hücumlar qura bilirdik. Millimiz nə birinci hissənin sonu, nə də ikinci hissənin əvvəllərində özündə deyildi. Bu oyunda Xorvatiya lazımi səviyyədə çıxış etmədi. Ümumən komandamız ikinci hissədə təhlükəli vəziyyət belə yarada bilmədi. İndi bu oyunu təhlil etmək bizim üçün çətindir. Qarşıdakı matçlara köklənməliyik.

Bütün xəbərlər Facebook səhifəmizdə