Cüdoçularımız dünya birinciliyində yarışırlar

Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. SİA-nın xəbərinə görə, nüfuzlu yarışın 2-ci günü üç cüdoqi ustamız tatami üzərinə çıxıb. Oğlanların mübarizəsində Nicat Şıxəlizadə 3 rəqibini məğlub etsə də, 1/8 finalda Misir idmançısına uduzaraq mundialda mübarizəni dayandırıb. İlk görüşlərini qalib başa vuran qadın cüdoçularımız Gültac Məmmədəliyeva və Larisa Florian (hər ikisi 52 kq) növbəti qarşılaşmalarda rəqiblərinə məğlub olublar. Avqustun 27-də dünya çempionatında daha 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək. Rüstəm Orucov, Hidayət Heydərov və İçinxorlo Munxtsedev Tokioda mübarizəyə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə