"Qarabağ" və "Keşlə" qələbə qazanıb

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir. SİA-nın məlumatına görə, bu gün daha iki görüş keçirilib. Günün ilk matçında "Sabah" "Keşlə"ni qəbul edib. Oyun qonaqların 1:0 hesabı qələbəsi ilə başa çatıb. Digər qarşılaşmada "Qəbələ" son çempion "Qarabağ"ın qonağı olub. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Qeyd edək ki, tura avqustun 26-ı keçiriləcək "Zirə" – "Neftçi" oyunu ilə yekun vurulacaq. 25 avqust (bazar) 21:00. "Qarabağ" – "Qəbələ" - 3:0 Qollar: Riçard Almeyda, 61-pen. Maqaye Qeye, 63, Abdullah Zubir, 79 Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev "Azersun Arena" 18:45. "Sabah" – "Keşlə" - 0:1 Qol: Vüsal İsgəndərli, 45 Qırmızı vərəqə: Sezar Meza Kolli, 74- iki sarı vərəqə ("Keşlə") Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə "Bank Respublika Arena" 26 avqust (bazar ertəsi) 19:00. "Zirə" – "Neftçi" Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov Zirə İdman Kompleksinin stadionu 24 avqust (şənbə) "Sumqayıt" – "Səbail" - 0:3 Qollar: Ağabala Ramazanov, 10-pen, Şəhriyar Rəhimov, 51, Ağabala Ramazanov, 69

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...