“Napoli” İrvinq Lozanonu transfer edib

“Napoli” Hollandiyanın “PSV Eyndhoven” klubunun 24 yaşlı meksikalı hücumçusu İrvinq Lozanonu 40 milyon avro qarşılığında transfer edib. İtaliyanın “calcionapoli24” saytının məlumatında deyilir ki, “Napoli”nin baş məşqçisi Karlo Ançelotti futbolçu haqqında bunları söyləyib: “İ.Lozano sol cinahda, hücumun arxasında, bəzən isə sol cinahda oynaya bilər. O, hərtərəfli oyunçudur”.

İ.Lozano Hollandiya çempionatının 2017-2018-ci il mövsümündə “PSV Eyndhoven”in əzəli rəqibi “Ayak”sın məğlub olmasında böyük rola malikdir.

Bildirilir ki, Meksika millisinin formasını 35 dəfə geyinən futbolçu Rusiyada keçirilən futbol üzrə 2018-ci il Dünya Çempionatının qrup mərhələsində Almaniya komandasının qapısına vurulmuş yeganə qolun müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...