“Mançester Siti”dən növbəti qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasının üçüncü turunun növbəti oyunu keçirilib. SİA xəbər verir ki, “Mançester Siti” səfərdə “Bournemouth” komandasının qonağı olub. Görüş “Mançester Siti”nin 1:3 hesablı qələbəsi ilə başa çatıb. Pep Qvardiolanın yetirmələrinin heyətində Serxio Aquera (2) və Rəhim Sterlinq fərqləniblər. Meydan sahibinin yeganə qolunu Hari Vilson vurub.

Bu qələbədən sonra xalların sayını 7-ə çatdıran Mançester təmsilçisi ikinci pillədə qərarlaşıb. “Bournemouth” isə 4 xalla 10-ci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə