Tokioda cüdo üzrə dünya çempionatı keçirilir

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib. SİA xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 3 təmsilçisi tatami üzərinə çıxıb.

Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Avqustun 26-da Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) tatami üzərinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...