Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirəcək. SİA-nın məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşacaq. Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:30-sa start götürəcək.

Milli ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi Xorvatiya, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alıb. Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə