Cüdo üzrə dünya çempionatına start verildi

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verildi. SİA-nın məlumatına görə, Davud Məmmədsoy(-60 kq) və Aişə Qurbanlı(-48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub oldular. Leyla Əliyeva(-48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzdu. Avqustun 26-da təmsilçilərimizdən Nicat Şıxəlizadə(-66 kq), Gültac Məmmədəliyea(-52 kq), Larisa Florian(-52 kq) tatami üzərinə çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə