Yığma komandamızın baş məşqçisi Əməkdar məşqçi diplomu ilə təltif olunub

Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Nikaraquanın Manaqua şəhərində keçirilən iclasında Azərbaycanla əlaqədar daha bir qərar qəbul edilib. SİA Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bədii gimnastika üzrə yığma komandamızın baş məşqçisi Mariana Vasileva FIG tərəfindən Əməkdar məşqçi diplomu ilə təltif olunub. Qeyd edək ki, Mariana Vasileva 2008-ci ildən Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışır. Onun rəhbərliyi ilə bədii gimnastlarımız bir çox irimiqyaslı beynəlxalq yarışlarda medallar qazanaraq dünya arenasında ölkəmizi layiqincə təmsil ediblər. Mariana Vasilevanın Azərbaycanda gimnastika məktəbinin formalaşmasında böyük əməyi var.

Bütün xəbərlər Facebook səhifəmizdə