Türkiyə Super Liqasında II tur davam edir.
SİA-nın məlumatına görə, ikinci oyun günündə üç matç baş tutub.
Turun mərkəzi oyununda İstanbul klubları qarşılaşıb. "Başakşəhər" evdə "Fənərbaxça"nı qəbul edib. Son vitse-çempion hesabı açsa da, "sarı-lacivərdlilər" fasilədən sonra vurulan iki qolla əzmkar qələbə qazanıb.
"Fənərbaxça" kimi "Alanyaspor"da startda ikinci qalibiyyətini alıb.
Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.
Türkiyə Super Liqası
II tur
24 avqust
"Ankaragücü" – "Kayserispor" – 1:1
Orgil, 59, Bulut, 90
"Alanyaspor" – "Kasimpaşa" – 4:1
Bakasetas, 29, Sisse, 54, Fernandes, 60, Bammou, 88 – Tiam, 33
"Başakşəhər" – "Fənərbaxça" – 1:2
Krivelli, 32 – Muriqi, 77, Dirar, 90
Bütün xəbərlər Facebook səhifəmizdə