“Sumqayıt” “Səbail”i məğlub edib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start verilib. Turun açılış görüşü “Kapital Bank Arena” stadionunda oynanılıb. “Sumqayıt” klubu “Səbail” komandasını qəbul edib. Görüş paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş məşqçi Aftandil Hacıyevin yetirmələrinin heyətində Ağabala Ramazanov (10, 69) və Şəhriyar Rəhimov (51) fərqləniblər.

Xatırladaq ki, mövsümün ilk turunda “Səbail” öz meydanında “Zirə”ni (1:0), “Sumqayıt” isə səfərdə “Qəbələ” komandasını (2:0) məğlub etmişdi. Turun digər oyunları avqustun 25-26-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə