Serxio Ramos karyerasında iz qoyan məşqçilərdən danışdı

“Real”ın müdafiəçisi Serxio Ramos karyerasında yaxşı iz qoyan dörd məşqçinin adını çəkib. O, öncə Xoakin Kaparrosun adını çəkib. “O, İspaniya liqasında ilk dəfə oynamaq şansı vermklə mənim arzumu gerçəkləşdirdi. Sonra Luis Aroqonesi qeyd edə bilərəm. Çünki məni milliyə dəvət etdi. Son illərki məşqçilərimdən isə Karlo Ançelotti və Zidanı vurğulayım. Onları rəhbərliyi altında Çempionlar Liqasında əla anlar yaşamışam”.

Qeyd edək ki, Ramos məşqçi adlarını çəkərkən Joze Mourinyonu qeyd etməyib. Çünki onların münasibəti yaxşı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə