Məşhur rus futbolçusu xərçəngə tutuldu...

Moskva “Spartak”ının və Rusiya millisinin sabiq futbolçusu Vasili Kulkov ağır xəstəliyə düçar olub. “Sport-eskpress” yazır ki, 53 yaşlı keçmiş futbolçuda mədə xərçəngi aşkarlanıb. 90-cı illərin tanınmış yarımmüdafiəçisi hazırda daimi həkim nəzarətindədir.

“Onun səhhətindki problem çox ciddidir” – deyə Kulkovun xanımı Yelena Kulkova bildirib. Qeyd edək ki, Kulkov karyerası ərzində Portuqaliyada “Benfika” və “Portu”da da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...