"Bavariya" bu futbolçunu "Lill"ə satdı

"Bavariya" futbolçusu Renatu Sanşeşi "Lill"ə satıb. Fransa klubunun saytında yer alan xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "L’Équipe" nəşri bu transferdən "Bavariya"nın 20 milyon avro qazanacağını yazıb. Qeyd edək ki, R.Sanşes ötən mövsüm Bundesliqada 17 matçda oynayıb, 1 qol vurub, 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə