"Qarabağ"ın cavab oyununa hakim təyinatları açıqlanıb

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Linfild" (Şimali İrlandiya) cavab oyunu üçün hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, matçın baş hakimi Rusiya Futbol Federasiyasından 35 yaşlı Sergey İvanov olacaq. Ona Roman Usaçov və Valeri Dançenko köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" görüşü avqustun 29-u yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında Belfastdakı ilk oyunda Şimali İrlandiya klubu 3:2 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə