Millimizin futbolçusu "Ştutqart"a qarşı oynadı

Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" Almaniya ikinci Bundesliqasında növbəti oyuna çıxıb. SİA-nın məlumatına görə, Aue təmsilçisi 4-cü turda "Ştutqart"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. D.Nazarov start heyətdə meydana daxil olub və 63-cü dəqiqədə əvəzlənib. Qeyd edək ki, "Erzgebirge" hazırda 6 xalla 5-ci, "Ştutqart" 8 xalla 1-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə