Qadın voleybolçularımız Avropa çempionatına qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında ilk görüşünü keçirib. C qrupunda mübarizə aparan millimiz Macarıstanın paytaxtı Budapeştdə Xorvatiya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan millisinin 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Voleybolçularımız növbəti görüşünü avqustun 25-də Hollandiya millisinə qarşı keçirəcəklər. Ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri oynanılacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək. C qrupunun oyunları Budapeştdə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...