“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Klubun rəsmi saytında yer alan məlumatda deyilir ki, komanda 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə bağlayıb. Gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb. Ozan Can Azərbaycanın U-21 millisində də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə