Taekvondoçularımızın məşqləri davam edir

Xəbər verdiyimiz kimi, gənclərdən ibarət yığma komandamız Ukrayna komandasının dəvət ilə Xarkov şəhərində təlim-məşq toplanışında iştirak edir. SİA-nın məlumatına görə, Ukrayna, Latviya, Cexiya, Estoniyanı təmsil edən idmançıların qatıldığı məşqlər 30 avqust tarixinə qədər davam edəcək. Təlim-məşqlərin son günü taekvondoçular arasında sınaq döyüşləri də keçiriləcək.

Xatırladaq ki, baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov təlim-məşqlərə 14 idmançı ilə qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...