Azərbaycan millisinin baş məşqçisi: "Çempionata qədər cəmi üç yoxlama oyunu keçirdiyimizdən heyətlə bağlı çox suallarımız qalıb"

Budapeşt gözəl şəhərdir. Bu üzdən belə bir məkanda oynamağımıza çox şadıq". SİA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Covanni Kaprara deyib. İtaliyalı mütəxəssis ilk dəfə 4 ölkədə təşkil olunan Avropa çempionatının startı ərəfəsində fikirlərini açıqlayıb. C.Kaprara oyunları Macarıstanda təşkil olunan qrupda mübarizə aparacaq millimizin üzləşdiyi çətinlikləri vurğulayıb: "Çempionata qədər cəmi üç yoxlama oyunu keçirmişik. Buna görə də heyətlə bağlı çox suallarımız qalıb. Lakin heyətin özəyini qısa zamanda qurmağa çalışacağıq". Qeyd edək ki, ilk oyununu bu gün keçirəcək millimiz Xorvatiya ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...