"Linfild” və "Qarabağ" klublarının start heyəti müəyyənləşib

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" bu gün avrokuboklarda növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Ağdam təmsilçisi Avropa Liqasında mübarizəyə qoşulur. Qurban Qurbanovun yetirmələri qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsinin ilk oyununda Şimali İrlandiyanın "Linfild" klubunun qonağı olacaq. Belfastdakı "Vindzor Park" stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start "11-lik"ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər. Avropa Liqası Pley-off mərhələsi İlk oyun 22 avqust 22:45. "Linfild" (Şimali İrlandiya) – "Qarabağ" (Azərbaycan) Baş hakim: Sandro Şarer Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern Baş məşqçi: David Hili Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Queye Maqaye. Baş məşqçi: Qurban Qurbanov Belfast. "Vindzor Park" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...