"Barselona" Dembeleni cərimələməyə hazırlaşır?

"Barselona" hücumçusu Usman Dembeleni cərimələməyə hazırlaşır. İspaniya mətbuatının yazdığına görə, buna səbəb fransalı futbolçunun intizamsız davranışıdır. O, La Liqanın ilk turunda "Atletik"lə görüşdən sonra Bilbao hava limanında divanda yatıb. Bundan başqa, Dembele zədəsini klubun tibbi personalından gizlədib. Məhz bu səbəbdən o, daha uzun müddətə meydana çıxa bilməyəcək.

Bunları nəzərə alan klub rəhbərliyinin oyunçunu 980 min avro məbləğində cərimələyəcəyi gözlənilir. Xatırladaq ki, Dembele zədəsinə görə 4-5 həftə komandasına kömək edə bilməyəcək

Bütün xəbərlər Facebook səhifəmizdə