Futzal liqalarında mövsümün oyunlarının vaxtı müəyyənləşib

Azərbaycanın futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda 2019-2020-ci il mövsümünün başlama vaxtı müəyyənləşib. SİA-nın məlumatıma görə, Yüksək Liqaya sentyabrın 11-də start veriləcək. Birinci Liqanın oyunları isə iki gün ərzində keçiriləcək. Bu liqada oyunlar sentyabrın 13-də və 14-də başlayacaq. İkinci Liqada birinci turun görüşləri sentyabrın 15-də baş tutacaq.

Bütün liqaların oyunları Bakı İdman Sarayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...