Futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turu ilə əlaqədar AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub.

Birinci turun “Keşlə”–“Qarabağ” matçında meydan sahibi komandanın futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 200 manat cərimə edilib.

“Qəbələ”ni qəbul edən “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800, qonaq komandanın üzvü Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi 4 min manat cərimələnib. Matç “Sumqayıt”ın günahı səbəbindən 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə ödəyəcək.

“Neftçi”–“Sabah” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə