Premyer Liqanın II turun hakimləri açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, avqustun 24-də keçiriləcək “Sumqayıt”–“Səbail” oyununu Vüqar Həsənli idarə edəcək.

Avqustun 25-də baş tutacaq “Sabah”–“Keşlə” matçına əsas referi Səbuhi Bayramov təyin olunub. Həmin gün keçiriləcək “Qarabağ”–“Qəbələ” oyununa İnqilab Məmmədov təyinat alıb.

Turun sonuncu görüşü “Neftçi”–“Sabah” qarşılaşmasında baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Həmin görüş avqustun 26-da baş tutacaq.

“Keşlə”–“Qarabağ”, “Qəbələ”–“Sumqayıt” oyunları saat 19:00-da, “Səbail”–“Zirə” və “Neftçi”-“Sabah” qarşılaşmaları isə saat 20:00-da başlayacaq.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...