"Olimpiakos" "Krasnodar"ı darmadağın etdi

Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 oyunu keçirilib. SİA xəbər verir ki, 3-cü təsnifat mərhələsində gözlənilmədən Porquqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın "Krasnodar" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0. "Srvena Zvezda" (Serbiya) İsveçrə səfərində "Yanq Boyz"la qarşılaşıb. Oyunda qapılara 4 qol vurulub - 2:2. Zaqreb "Dinamo"su isə Norveçin "Rusenborq" klubu qəbul edib. Meydan sahibləri rəqibini 2 cavabsız qolla üstələyib. 21 avqust Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 23:00. "Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya) - 2:2 Qollar: Assale, 7. Hoarau, 76-pen – Degenek, 18. M.Qarsiya, 46. 23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Rusenborq" (Norveç) - 2:0 Qolllar: Petkoviç, 8-pen. Orsiç, 28. 23:00. "Olimpiakos" (Yunanıstan) - "Krasnodar" (Rusiya) - 4:0 Qollar: Gerrero, 30. Randeloviç, 78; 85. Podense, 89. 20 avqust LASK (Avstriya) – "Brügge" (Belçika) - 0:1 APOEL (Kipr) – "Ayaks" (Hollandiya) - 0:0 ÇFR (Rumıniya) – "Slaviya" (Çexiya) - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...