"Liverpul"un sabiq futbolçusu Daniel Staricin "Trabzonspor"a keçidi rəsmiləşib. Klubun saytında yer alan xəbərə görə, ingilis hücumçu ilə 3 illik müqavilə imzalanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərində 1.5 milyon avro maaş alacağı bildirilib. Müqavilənin müddəti daha il uzadılacağı təqdirdə də 29 yaşlı oyunçuya eyni maaş veriləcək. Qeyd edək ki, Staricin "Liverpul"la müqaviləsi bu yay başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...