Sərbəst güləşçilərimiz beynəlxalq turnirdə yarışacaqlar

Oktyabrın 19-20-də Rusiyanın Kemerov vilayətində sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirə Azərbaycan güləşçiləri ilə yanaşı, Belarus, Bolqarıstan, Macarıstan, Özbəkistan, ABŞ, Yaponiya və digər ölkələrdən idmançılar qatılacaqlar.

Yarışda 26 ölkədən 200-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə