Rusiya yığmasına əkiz bacılar başçılıq edəcək

Sentyabrın 16-dan 22-dək Bakıda bədii gimnastika üzrə dünya çempionatı təşkil olunacaq. Yarışlarda Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqələr qazanılacaq. SİA-nın məlumatına görə, Rusiya yığmasının ilkin heyətinə şəxsi turnirdə dəfələrlə dünya çempionları olmuş gimnastlar - Dina Averina (səkkizqat), Arina Averina (üçqat) və Aleksandra Soldatova (dördqat) daxildirlər. Tokioya vəsiqə qazanmaqdan ötrü şəxsi çoxnövçülükdə ən yaxşı on altılığa düşmək vacibdir (hər ölkədən iki idmançıdan artıq olmamaq şərtilə).

Rusiya yığması 2018-ci il dünya çempionatının yekununa görə qrup hərəkətlərində artıq özlərinə Olimpiya Oyunlarında iştirakı təmin ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə