Məhəmməd Salah: “Liverpul”da xoşbəxtəm

“Liverpul”un hücumçusu Məhəmməd Salah "Real"a keçəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib. Belə ki, misirli hücumçu CNN-ə açıqlamasında "Liverpul"u tərk etmək fikrində olmadığını deyib. “Liverpul”da xoşbəxtəm. Buradakı azarkeşlər məni çox sevir və bundan daha da ruhlanıram. Komandada nailiyyət qazanmaq üçün çox çalışmaq lazımdır. Ötən mövsüm Çempionlar Liqasının qalibi olduq. Amma bu artıq arxada qaldı. Yeni mövsüm başlayır və biz ötən illərdə olanları unudub, cari mövsüm yeni titullar qazanmaq üçün döyüşəcəyik”.

Qeyd edək ki, İngiltərə millisinin sabiq futbolçusu Qari Nevil "Sky Sports" kanalına açıqlamasında adı “Real”la hallanan futbolçunun "Liverpul"dan ayrılacağını bildirib: “Salah növbəti il komandanı tərk edəcək, buna əminəm” - deyə Nevil bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...