Uelsin millimizlə qarşılaşacaq heyəti məlum oldu FUTBOL

Futbol üzrə Uels millisinin heyəti açıqlanıb. SİA-nın xəbərinə görə, baş məşqçi Rayan Giqqz AVRO-2020-nin seçmə mərhələsinin sentyabrın 6-da Azərbaycanla ev oyunu və üç gün sonra Belarusa qarşı yoxlama görüşü üçün heyəti müəyyənləşdirib.

Mütəxəssis yığmanın kapitanı Eşli Uilyamsı heyətə daxil etməyib. R.Qiqqz oyunlara 26 futbolçu çağırıb.

Qapıçılar: Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester", İngiltərə), Adam Deyvis ("Stok Siti", İngiltərə)

Müdafiəçilər: Ethan Ampadu ("Leypsiq", Almaniya), Ben Deyvis ("Tottenhem", İngiltərə), Kris Qunter ("Ridinq", İngiltərə), Ceyms Lavrens ("Anderlext", Belçika), Tom Lokyer ("Çarlton", İngiltərə), Kris Mepham ("Bornmut", İngiltərə), Co Rodon, Konnor Roberts (hər ikisi "Suonsi"), Neyl Teylor ("Aston Villa", İngiltərə)

Yarımmüdafiəçilər: Co Allen ("Stok Siti", İngiltərə), Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Co Morrell ("Linkoln", İngiltərə), Aron Remsi ("Yuventus", İtaliya), Mettyu Smit ("Kuinz Park Reyncers", İngiltərə), Uill Vaulks ("Kardiff"), Harri Uilson ("Bornmut", İngiltərə), Conni Uilyams ("Çarlton", İngiltərə)

Hücumçular: Qaret Beyl ("Real", İspaniya), Rayan Hedges ("Aberdin", Şotlandiya), Tom Lavrens ("Derbi", İngiltərə), Kifer Mur ("Uiqan", İngiltərə), Ben Vudburn ("Oksford Yunayted", İngiltərə), Sem Uoks ("Stok Siti", İngiltərə).

Bütün xəbərlər Facebook səhifəmizdə